QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 12 May 2022, 16:06
Görənlər heyətlə izlədi - 4 ton qızıl xəzinə tapıldı


Polşada bir qrup xəzinə ovçusu Hitlerə aid olduğu deyilən 4 tonluq qızıl xəzinə tapıb.


 Polşada özlərini “Silesian Bridge” adlandıran bir qrup xəzinə ovçusunun bir evin bağçasında qazıntı zamanı tapdıqları xəzinə icmasında səs-küyə səbəb olub. 

Nasist əsgərinə məxsus gündəlik əsasında qazıntı işləri aparan xəzinə ovçuları qrupu, mövcud mənbələrə görə Hitlerə aid olduğu müəyyən edilən 4 tonluq qızıl xəzinə tapıblar.

Qrup lazımi yerlərdən rəsmi icazə aldıqdan sonra qazıntı işlərinə başlayıb. 

Qazıntıda keçmiş nasist əsgərinin gündəliyindən istifadə edilib.

Qızılların 1939-cu ildə İkinci Dünya Müharibəsi zamanı Qırmızı Ordunun ələ keçirilməsinin qarşısını almaq üçün Hitlerin mühafizəçiləri tərəfindən yerin altına basdırıldığı öyrənilib.

Günlərlə aparılan qazıntılar nəticəsində 1,5 metr dərinlikdəki qızıl tapılıb. 

Lakin, qızıl onu əhatə edən metalla birləşib. 

Xəzinə ovçuları rəsmi icazədən sonra qızılların ayrılması prosesini həyata keçirəcəklər.



mansetaz




Baxış sayı: 2193



OXŞAR XƏBƏRLƏR