QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 12 May 2022, 15:08
Britaniya kəşfiyyatı: "Rusiya qoşunları Xarkovdan çıxarılıb"

“Ukrayna ordusu Xarkovun şimalında əks-hücum əməliyyatlarını davam etdirir. Onlar Rusiya sərhədinə doğru bir neçə şəhər və kəndi geri alıb”.

Qalanews xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat məlumatında qeyd olunub.

Bildirilib ki, ilk vaxtlar Rusiya qoşunları Xarkovu mühasirəyə alsa da, ciddi itkilər veriblər: "Nəticədə itkiləri bərpa etməkdən ötrü ərazidən çıxmalı olublar. Bölmələr yendiən qruplaşdırıldıqdan sonra, çox güman ki, Siverski Donetsk çayının şərq sahilinə yerləşdiriləcək".

"Rusiya qüvvələrinin Xarkov vilayətindən çıxarılması onların Ukraynanın əsas şəhərlərini ələ keçirə bilməmələrinin göstəricisidir", - məlumatda bildirilib.




Baxış sayı: 310



OXŞAR XƏBƏRLƏR