QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 12 May 2022, 18:01
Enerji Məsələlərini Tənzimləmə Agentliyi apreldə 523 müraciət qəbul edib

Bu ilin aprel ayında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və nazirlikdən 523 müraciət daxil olub.

Qalanews agentliyə istinadən xəbər verir ki, bunlardan 439-u elektrik enerjisi təchizatı (o cümlədən 34-ü məlumat xarakterli), 67-si təbii qaz təchizatı (o cümlədən 7-si məlumat xarakterli), 2-si istilik təchizatı, 15-i isə digər məsələlərlə bağlı olub.

AERA 523 müraciətdən 217-ni araşdırıb və cavablandırıb, 5-ni müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərib, 260 müraciət isə hazırda baxılma prosesindədir. Həmçinin 41 məlumat xarakterli müraciətdən 20-si qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.




Baxış sayı: 282



OXŞAR XƏBƏRLƏR