QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 12 May 2022, 16:51
Sloveniyada kimyəvi zavodda yanğın olub, 20 nəfər yaralanıb

Sloveniyanın Koçevye şəhərində Melamin kimyəvi məhsul istehsalı müəssisəsində mayın 12-dəki yanğın nəticəsində 20 nəfər yaralanıb.

Qalanews “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sloveniyanın Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisənin nəticəsi aradan qaldırılıb, yanğın söndürülüb. Məlumata görə, iki nəfər güclü yanğınla hospitala yerləşdirilib. Yanğın nəticəsində yaranan partlayışın dalğası ətraf binalarda pəncərələrin şüşələrini dağıdıb.

Vətəndaşlara müəssisədən 500 metr radius məsafədə qapı və pəncərələri açmamaq məsləhət görülür.




Baxış sayı: 278



OXŞAR XƏBƏRLƏR