QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 11 May 2022, 11:30
ABŞ-da insan beyninin “çipləşdirilməsi”nə başlandı

Avstraliyanın ardından ABŞ-da da insan beyninə xüsusi çiplərin yerləşdirilməsi üzrə sınaqlara start verilib.

Bu çiplər sayəsində iflic olan xəstələr sadəcə düşünməklə çox şey edə biləcəklər. Həmçinin, çip vasitəsilə sadəcə düşüncə ilə email göndərmək, onlayn alış-veriş etmək, sosial şəbəkələrdə statuslar yazmaq mümkündür.

Bununla belə, çip texnologiyasının inkişafını müsbət qiymətləndirənlərlə yanaşı, ona şübhə ilə yanaşanlar da var.

Çipin istehsalçısı Avstraliyanın "Synchron" şirkətidir. Bu ölkədə keçirilən sınaqlarda beyninə çip yerləşdirilən insanlar sadəcə düşünərək tvit yazmağı bacarıblar.

Nyu-Yorkdakı sınaqlar uğurlu olarsa, cihazın ABŞ-ın müvafiq qurumları tərəfindən təsdiqlənəcəyi gözlənilir.




Baxış sayı: 485



OXŞAR XƏBƏRLƏR