QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 May 2022, 15:01
Boliviyada universitetdə iğtişaş olub, 4 nəfər ölüb, 70 nəfər yaralanıb

Boliviyada Potosi əyalətində universitetdə tələbə şurasının seçkisi zamanı baş verən iğtişaş nəticəsində 4 nəfər ölüb, 70 nəfər yaralanıb.

Qalanews “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə bölgənin başçısı məlumat verib.

Onun sözlərinə görə, yaralılardan 5-nin vəziyyəti ağırdır.

Bildirilib ki, yüzlərlə insan seçki ilə bağlı qapalı idman zalında bir araya gəlib. Onların arasında mübahisə düşüb, nəticədə 4 nəfər öülb, 70 nəfər yaralanıb.

Vurğulanıb ki, 2021-ci ilin mart ayında başqa bir universitetdə tələbə toplantısı zamanı məhəccərlərin uçması nəticəsində 12 nəfər ölmüşdü.




Baxış sayı: 515



OXŞAR XƏBƏRLƏR