QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 10 May 2022, 11:51
Məşhur müğənninin uşaqlıq FOTOsu

Kolumbiyalı müğənni, bəstəkar, rəqqasə, musiqi prodüseri, xoreoqraf və model Şakira İzabel Mebarak Ripol (və ya sadəcə olaraq Şakira) bu ilin fevral ayında 45 yaşını qeyd edib.

Qalanews lent.az-a istinadən xəbər verir ki, o, Latın Amerikasının ən uğurlu müğənnisi kimi tanınır, onu asanlıqla dünya səviyyəli məşhur adlandırmaq da olar.

Müğənninin adı ərəb dilində "gözəl", hindi dilində isə "işıq ilahəsi" deməkdir.

Şakira hələ məktəb illərində çıxış etməyə başlayıb, xüsusilə ona göbək rəqsi uğur gətirib.

Müğənni 1990-cı illərin əvvəllərində ilk musiqi albomlarını buraxıb, lakin kommersiya uğuru qazana bilməyib.

O, beşinci albomu olan "Laundry Service" ilə ingilisdilli bazara daxil olub. Onun aparıcı sinqlı "Whenever, Wherever" 2002-ci ilin ən çox satılan sinqlı olub.

Şakira "MTV Video Music Awards", "Qremmi", "Billboard Music" və digər mükafatların sahibidir,  onun "Şöhrət Xiyabanı" ulduzu da var.

2013 və 2014-cü illərdə o, "Forbes" jurnalının dünyanın 100 ən güclü qadını siyahısında yer alıb. 





Baxış sayı: 478



OXŞAR XƏBƏRLƏR