QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 09 May 2022, 15:20
"Lenta.ru"ya "haker hücumunu" redaktoru edibmiş: Saytda müharibə əleyhinə yazı dərc olunub

Rusiyanın “Lenta.ru” internet nəşrinin 2 əməkdaşı – “İqtisadiyyat” və “Yaşam mühiti” şöbələrinin rəhbəri Yeqor Polyakov və redaktor Aleksandra Miroşnikova saytda Ukrayna-Rusiya müharibəsindəki real vəziyyətlə bağlı obyektiv xəbər, habelə Prezident Vladimir Putinin savaş siyasətini tənqid edən məqalələr yerləşdirərək rəsmi Moskvanın Ukrayna siyasətinə etirazını bildiriblər.

Qalanews xəbər verir ki, bu barədə “Mediazona” yazıb.

Məlumata görə, yazılar qısa müddət ərzində saytdan silinsə də, onlar internet arxivində qalmaqdadır.

İnternet nəşrində “Putin XX əsrin qanlı müharibələrindən birini başladıb”, “Vladimir Putin yazıq diktator və paranoikə çevrilib”, “Rusiya elitası qohumbazlıq və yaltaqlıq xəstəsidir” xəbərləri, həmçinin “Müharibə iqtisadiyyatdakı uğursuzluqları ört-basdır etməyi asanlaşdırır. Putin getməlidir. O, mənasız müharibəyə başladıb və Rusiyanı uçuruma aparır” başlıqlı məqalə dərc edilib.

Müharibə əleyhinə olan bütün yazılar müəlliflərin xüsusi qeydi ilə başlayıb: “Bu material rəhbərliklə razılaşdırılmayıb, Prezident Administrasiyası bu yazıya görə nəşrin başına oyun açacaq”. Məqalələrin postskriptumlarında məsuliyyəti öz üzərinə yuxarıda adıçəkilən əməkdaşlar alıb.

Bildirilib ki, həmin materiallar öncəki xəbərlərin içi dəyişdirilərək sayta yerləşdirilib.

Xatırladaq ki, daha öncə mətbuatda "Lenta.ru" nəşrinə haker hücumu edilməsi ilə bağlı məlumatlar yayılmışdı.

Qeyd edək ki, Rusiyada aparıcı xəbər agentlikləri Kremlin sərt nəzarəti altındadır. Həmin nəşrlərə nəinki müharibəni tənqid etmək, həmçinin Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını "müharibə" adlandırmaq belə yasaqlanıb.




Baxış sayı: 272



OXŞAR XƏBƏRLƏR