QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Apr 2022, 11:35
Dünyada koronavirusdan ölənlərin sayı 6,2 milyona çatır

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 493 680 206 nəfərə çatıb.

Qalanews xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 6 183 655 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Böyük Britaniya və Almaniya ilk altılığı bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 81 878 333 nəfərə çatıb, 1 008 944 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 43 030 925 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 521 487 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 30 042 272 nəfər virusa yoluxub, onlardan 660 786 nəfəri ölüb.

Yoluxma sayına görə dördüncü yeri Fransa (müvafiq olaraq, 26 428 476 yoxulma, 143 832 ölüm faktı), beşinci yeri Böyük Britaniya (21 573 997 yoxulma, 166 751 ölüm faktı), altıncı yeri Almaniya (21 886 726 yoxulma, 130 368 ölüm faktı) tutur.




Baxış sayı: 361



OXŞAR XƏBƏRLƏR