QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Jan 2022, 19:41
Polşa hökuməti: "Azərbaycanla münasibətlərə böyük əhəmiyyət veririk"

Polşa İqtisadi İnkişaf və Texnologiya Nazirliyinin dövlət katibi, Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq birgə komissiyasının həmsədri Qrjeqorj Piexoviak Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşüb.

Qalanews xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq və ticarət əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə olunub.

“Biz nazirlik olaraq mühüm və perspektivli tərəfdaşımız olan Azərbaycanla münasibətlərə böyük əhəmiyyət veririk. İki ölkə arasındakı münasibətlər ənənəvi olaraq çox yaxşıdır”, - məlumatda qeyd olunur.



report




Baxış sayı: 296



OXŞAR XƏBƏRLƏR