QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Jan 2022, 15:06
Rusiya səfiri: “Qazaxıstan əsaslandırılmış şəkildə KTMT-yə müraciət edib”

“Qazaxıstan əsaslandırılmış şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Bu, təşkilatın nizamnaməsinə tamamilə uyğundur”.

Qalanews xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında Qazaxıstandakı vəziyyəti şərh edərkən deyib.

Səfir KTMT tərəfindən dəstəyin dərhal və dövlət başçısının dəvəti ilə göstərildiyini qeyd edib: “KTMT lazımi məqamda özünü göstərdi”.

M.Boçarnikov KTMT-nin iclası zamanı Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin hadisələrin təcavüz aktı olması fikri ilə razılaşdığını qeyd edib.

Onun sözlərinə görə, KTMT missiyasından əlavə, bütün qonşu ölkələr Qazaxıstana dəstək göstərilməsinə tərəfdar olub.




Baxış sayı: 279



OXŞAR XƏBƏRLƏR