QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 26 Jan 2022, 16:03
Azərbaycanda ötən il 49 minə yaxın toy mərasiminə icazə verilib

Azərbaycanda toy mərasimlərinin keçirilməsinə icazə verildiyi ötən il iyulun 5-dən dekabrın 30-na qədər icazələr üzrə portala 48 951 toy mərasimi, 6 143 569 nəfər isə qonaq sayı (orta hesabla bir toya 125 nəfər) daxil edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, nəzarət məqsədilə seçilmiş şənlik mərasimlərinin sayı 7 445 olub, mərasimlərdə qonaq qismində iştirak edənlərin sayı isə 1 001 511 nəfər təşkil edib. Nəzarət tədbirləri zamanı, şənlik mərasimlərinə gələn qonaqlardan 890 222 nəfərinin və yaxud 88,9%-nin COVID-19-a qarşı tam peyvənd olunması və yaxud COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədləri yoxlanılıb, onlardan 4,7%-də nöqsanlar aşkar edilib.

Şənlik mərasimi keçirilmiş məkanın və ya müəssisənin 95 554 nəfər işçisinin də COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədləri yoxlanılıb, onlardan 1,6%-də nöqsanlar aşkarlanıb.

Aşkar edilmiş nöqsanlar barədə şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin, şənlik mərasiminin sahiblərinə, eyni zamanda aidiyyəti tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinə məlumat verilib.

Başlıca nöqsanlara tədbirlərdə iştirak edən qonaq sayının, şadlıq evində xidmət göstərən işçi sayının portala daxil edilən işçi sayından çox olması, toy sahibinin portala daxil edilən işçi sayından əlavə işçi cəlb etməsi, qonaq sayının az göstərilməsi məqsədilə toy sahibi tərəfindən eyni toya aid qonaqların 2 və daha artıq zal üzrə bölüşdürülməsi halları aiddir. Bundan başqa, şənlik məclisləri barədə məlumatın müvafiq portalda əvvəlcədən (tədbirə 5 gün qalmış) qeydiyyata alınmaması, toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, zallardakı stolların sıx düzülüşü və s. də rast gəlinən qayda pozuntuları sırasındadır.

Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbətlər apararaq həll edilə bilən nöqsanları yerində aradan qaldırıblar.

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl etsinlər və xidmət personalının vaksinləşməsinə xüsusi diqqət yetirsinlər. Unutmayaq ki, pandemiya hələ bitməyib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qayda və tələblərinin pozulması halları aşkarlanarsa, həm toyun, həm də obyektin sahibinə qarşı qanunvericiliyə uyğun inzibati cəza tədbirləri görüləcək. Bu cür halların baş verməməsi üçün məclis iştirakçılarının vaksin pasportlarına və ya immunitet sertifikatına malik olması vacib şərtdir. Bu, hamımızın sağlamlığı üçün zəruridir.



report




Baxış sayı: 306



OXŞAR XƏBƏRLƏR