QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Jan 2022, 20:02
Azərbaycanda oynamış futbolçu İngiltərə Premyer Liqasının tarixinə düşüb

İngiltərə Premyer Liqası tarixinin 10 ən yaxşı afrikalı futbolçusu bəlli olub.

Qalanews BBC-yə istinadən xəbər verir ki, siyahıda "Səbail" klubunun sabiq yarımmüdafiəçisi Maykl Esyen də yer alıb.

Qanalı veteran oyunçu 4-cü sırada göstərilib.

Onun "Çelsi"dəki keçmiş komanda yoldaşı kot d ivuarlı Didye Droqba birinci, "Mançester Siti", "Tottenhem" və "Arsenal"ın toqolu sabiq hücumçusu Emanuel Adebayor ikinci, hazırda "topçular"da çıxış edən qabonlu Pyer-Emerik Obameyanq üçüncü olub.

Növbəti pillələrdə nigeriyalı Nvankvo Kanu, əlcəzairli Riyad Mahrez, seneqallı Sadio Mane, nigeriyalı Cey Cey Okoça, misirli Məhəmməd Salah və kot d ivuarlı Yaya Ture yer alıb.

Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək müqavilə üzrə "Səbail"ə məxsus olub. O, paytaxt təmsilçisini tərk etdikdən sonra karyerasını bitirib.




Baxış sayı: 285



OXŞAR XƏBƏRLƏR