QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Jan 2022, 16:38
Bitkoin yenidən bahalaşıb

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 7 aylıq minimuma endikdən sonra yenidən artıb. 

Qalanews xəbər verir ki, kripto valyutaların satıldığı ən böyük birja olan “Binance”da bitkoin son 24 saat ərzində 9,95% bahalaşaraq 36 531 ABŞ dollarından satılıb.

Halbuki ötən gün qiymət 2021-ci ilin iyul ayından bəri ilk dəfə 33 000 dollardan aşağı düşmüşdü. Bununla 2009-cu ildən tədavülə buraxılan bitkoin 8-ci dəfə 50 %-dən çox ucuzlaşmış olub. Bunun başlıca səbəbi isə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yaxın dövrdə monetarist siyasətini sərtləşdirib təməl faiz dərəcəsini artıracağına dair gözləntilərdir. 




Baxış sayı: 262



OXŞAR XƏBƏRLƏR