QALA NEWS

17 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Jan 2022, 16:51
Özbəkistandan gələn ilk blok qatarı Ələt limanına çatıb

"Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus “ADY Konteyner” MMC Assaka-Bakı marşrutu üzrə ilk konteyner blok qatarının çatdırılmasını həyata keçirib.

Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, Özbəkistanın Assaka Logistika Mərkəzindən yola çıxan 50 konteynerdən ibarət ilk blok qatar Ələt limanına çatıb.

Avtomobil hissələri ilə yüklənmiş 40 futluq konteynerlər Xocidavlat sərhəd stansiyasından keçərək Türkmənistanın Türkmənbaşı limanına, oradan isə Xəzər dənizi vasitəsilə Azərbaycanın Ələt limanına çatdırılıb.

Qatardakı yüklər Azərbaycanda minik avtomobili istehsal edən zavodlardan biri üçün nəzərdə tutulub. Bu marşrut üzrə blok qatarlar müntəzəm olaraq hərəkət edəcək.



report




Baxış sayı: 256



OXŞAR XƏBƏRLƏR