QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 25 Jan 2022, 12:41
"Qarabağ"ın oyunu qara görə ləngiyib

"Qarabağ" klubunun Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu təyin olunan vaxtda başlamayıb.

Ağdam klubunun Mətbuat Xidmətindən verilən məlumata görə, buna Türkiyənin Antalya şəhərindəki Belek bölgəsinə qarın yağması səbəb olub.

Bakı vaxtı ilə saat 12:00-da start götürməli olan yoxlama oyunu meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyib.

Oyunun başlama vaxtı hələlik dəqiqləşməyib.

Komanda bu gün ikinci yoxlama matçında Bakı vaxtı ilə saat 18:00-da Polşanın “Visla" (Krakov) klubu ilə qarşılaşacaq.




Baxış sayı: 269



OXŞAR XƏBƏRLƏR