QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 24 Jan 2022, 19:42
Avropada qaz qiymətləri yenidən artıb

Avropada təbii qazın 1 000 kubmetrinin qiyməti 19,4% artaraq dekabrın 27-dən bəri ilk dəfə 1 100 ABŞ dollarını keçib. 

Qalanews TASS-a istinadən xəbər verir ki, Londonun “İCE Futures” birjasında keçirilən hərracda TTF onlayn qaz satışı mərkəzinin fevral fyüçersləri 1 102 dollara çatıb. 

Xatırladaq ki, dekabrın 21-də Avropada gözlənilən soyuq havalar və yeraltı ehtiyatlarının azalması ilə əlaqədar qazın qiyməti 2194,4 dollar kimi tarixi maksimuma çatdıqdan sonra növbəti günlərdə havaların bir qədər isinməsi, külək elektrik stansiyalarında istehsalın artması, ABŞ-dan LNG idxalı nəticəsində yenidən azalıb.




Baxış sayı: 254



OXŞAR XƏBƏRLƏR