QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 22 Jan 2022, 12:08
Dərinin rəngi xəstəliklərə işarə edə bilər

Dərinin rənginin dəyişilməsi bir çox xəstəliklər və pozulmalara işarə edə bilər.

Bu səbəbdən dəri rənginizdə hər hansı dəyişiklik müşahidə etdikdə həkimə müraciət edin. Nəzərə almaq lazımdır ki, dərinin rəngi süni deyil, təbii işıqlandırmada qiymətləndirilməlidir.  

Solğun, boz dəri

Bunun səbəbləri arasında: stress, yorğunluq, yuxusuzluq, həzm sistemi xəstəlikləri, qəbizlik.

Süni "zaqar"

Saglamolun.az xəbər verir ki, insan gün şüalarını qəbul etmirsə, lakin onun dərisi tünd rəng alırsa, bu çox ciddi simptomdur. Bunun səbəbi böyrəküstü vəzilərin xəstəliyi ola bilər.

Ağ dəri

Bu ürək və ya ağciyər xəstəliklərinə, qanazlığına, qalxanvari vəzinin fəaliyyətinin azalmasına işarə edə bilər.

Qırmızı dəri

Səbəblər arasında: təzyiqin yüksək olması, ürək-damar sistemində pozulmalar, eritrositlərin istehsalının artması.

Göyümtül dəri

Belə dəri ürək və ağciyər xəstəliklərinə işarə edə bilər.

Sarı dəri

Səbəblər: Qaraciyər, dalaq xəstəlikləri, öd daşı xəstəliyi.  




Baxış sayı: 283



OXŞAR XƏBƏRLƏR