QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 21 Jan 2022, 00:28
Albalı bu xəstəliklər zamanı faydalıdır

Albalı ən faydalı giləmeyvələrdən biri sayılır. Həqiqətən bu giləmeyvə çox zəngin kimyəvi tərkibə sahibdir.

Albalı A, C, B qrupu, PP vitaminlər, dəmir, mis, maqnezium minerallar, antosianlar, kumarinlər, bioflavonoidlər, orqanik turşularla zəngindir.  

Qalanews albalının faydalı xüsusiyyətlərini təqdim edir:

1. Albalı artrit və podaqradan əziyyət çəkənlər üçün çox faydalıdır.

2. Tərkibində C vitamini, maqnezium, antosian və kumarinlər olduğuna görə albalı ürək və damarları möhkəmləndirir, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, ürək tutması, infarkt və insultun riskini azaldır.

3. Albalının tərkibində olan antosian maddələri mədəaltı vəzinin fəaliyyətinə müsbət təsir edir və bu səbəbdən şəkərli diabetdən əziyyət çəkənlərə faydalıdır.

4. Maqnezium və B qrupu vitaminləri ilə zəngin olduğundan albalı  sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, gərginliyi azaldır, yuxunu tənzimləməyə kömək edir.

5. Araşdırmalar göstərib ki, albalı beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır və bu səbəbdən yaşlı insanlar üçün çox faydalıdır.

6. Albalı qanın tərkibinə müsbət təsir edir, qanazlığı zamanı kömək edir.

7. Albalı orqanizmdə iltihabları azaldır, görməni yaxşılaşdırır.



saglamolunaz




Baxış sayı: 408



OXŞAR XƏBƏRLƏR