QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 20 Jan 2022, 12:30
Vasserman güclü yaddaşın sirrini açdı

Dövlət Dumasının deputatı, publisist və siyasi məsləhətçi Anatoli Vasserman bildirib ki, müxtəlif mövzuların öyrənilməsi böyük həcmdə məlumatın yaddaşda qalmasının zəmanətidir. 

Qalanews xəbər verir ki, o, bu barədə müsahibəsində danışıb.

İrlandiya alimləri belə qənaətə gəliblər ki, unutma prosesi beyinlə əlaqəli deyil, insanın yeni məlumatları öyrənmək həvəsi ilə bağlıdır. Eyni zamanda heç nəyi unuda bilməyən insanlar var. Vasserman misal olaraq Solomon Şereşevskini göstərib. Publisistin fikrincə, sovet jurnalisti üçün yaşamaq çox çətin idi, çünki yaddaşda böyük ölçüdə yer tutan xatirələr hazırkı zehni fəaliyyətə mane olurdu. Bununla belə, sonda Şereşevski bəzi məlumatları unutmağı öyrənə bilib. Vasserman qeyd edib ki, insan yaddaşının keyfiyyəti beyində saxlanılan informasiyanın çoxluğu ilə xarakterizə olunmur.

"Məlumdur ki, beyin bu və ya digər şəkildə ona daxil olan hər şeyi özündə saxlayır. Məsələ nəyisə xatırlamaqda deyil, məsələ konkret problemi həllində lazım olanları dəqiq xatırlamaqdadır", - Vasserman izah edib.

O, güclü yaddaşının sirrini də açıb. Publisistin sözlərinə görə, o, çox şeylə çox maraqlandığı üçün yaxşı əzbərləmə qabiliyyətinə və güclü yaddaşa malikdir. Buna görə də məlumatları çox yaxşı xatırlayır. Vasserman sonda vurğulayıb ki, demək olar ki, hər şey lazım olduğu kimi yadda qalır: ya zərurətdən, ya da assosiasiyadan kənar. (publika.az)




Baxış sayı: 424



OXŞAR XƏBƏRLƏR