QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jan 2022, 22:38
Ərdoğan: “Ukraynanın işğalı mümkün deyil..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Rusiya tərəfindən işğalı ssenarisini "reallıqdan uzaq" adlandırıb. Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Türkiyə lideri onu Albaniyaya səfəri zamanı müşayiət edən jurnalistlərlə söhbətində qeyd edib ki, "belə bir addım atmaq üçün Moskva dünyada və ölkə daxilindəki vəziyyəti təhlil etməlidir".

O bildirib ki, ötən gün Kiyevdə olan Azərbaycan prezidenti İlham Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

"Mən İlham Əliyevlə danışacam. Təbii ki, bu məsələləri Rusiya prezidenti Vladimir Putinlə müzakirə etmək vacibdir. Çünki bu bölgələr bir daha yeni müharibənin yükünü daşıya bilməz. Bu yanlış olardı. Müharibə ssenarisinin siyasi gündəmdən tamamilə çıxarılmasının vaxtı çatıb", - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, müasir dünyada torpaqları işğal etmək istəyi arzulolunan nəticələrə gətirib çıxarmayacaq. "Putinlə hər söhbətimdə Türkiyənin Krımın işğalına qarşı olduğunu bəyan edirəm. Eyni mövqe Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən də Rusiya tərəfinin diqqətinə çatdırılır. Yəni Türkiyənin bu məsələdə mövqeyi birmənalıdır", - deyə Ərdoğan bildirib.



milliaz




Baxış sayı: 252



OXŞAR XƏBƏRLƏR