QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jan 2022, 21:05
Ərəb koalisiyası Yəməndə 80-ə yaxın husini zərərsizləşdirib

Ərəb koalisiyasının Yəmənə endirdiyi zərbələr nəticəsində son sutka ərzində husilərin 80-ə yaxın tərəfdarı zərərsizləşdirilib.

Qalanews xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı məlumat yayıb.

“Son 24 saat ərzində Yəmənin Marib əyalətində husilərə qarşı ümumilikdə 17 hücum həyata keçirilib. 9 hərbi texnika məhv edilib", - məlumatda deyilir.

Koalisiya hava qüvvələri Sənadakı hərbi istehkamlara və husi düşərgələrinə hava zərbələri endirib. Bombalama zamanı Nəbi Şaib dağı ərazisində silah-sursat anbarları və pilotsuz uçuş aparatları məhv edilib.

Yəməndə 2014-cü ilin avqust ayından hökumət qüvvələri ilə husilərin silahlı qrupları arasında qarşıdurma davam edir.




Baxış sayı: 273



OXŞAR XƏBƏRLƏR