QALA NEWS

16 Aprel Çərşənbə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jan 2022, 19:56
Ağdama və Şuşaya avtobus qiymətləri - DETALLAR

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm sərnişin marşrut avtobuslarının hərəkət cədvəli açıqlanıb.

Qalanews xəbər verir ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək.

Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar "Yolumuz Qarabağa" portalı vasitəsilə onlayn bilet ala bilərlər. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər. Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələri, müharibə iştirakçıları üçün biletlər pulsuz olacaq.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Bakı-Şuşa-Bakı marşurutunun birtərəfli qiyməti 10,40 AZN, Bakı-Ağdam-Bakı marşurutunun birtərəfli qiyməti 9,40 manat təşkil edəcək.

Qiymətlər belədir:

- Bakı-Şuşa-Bakı - 10.40 AZN

- Bakı-Ağdam-Bakı - 9.40 AZN

- Əhmədbəyli-Şuşa - 7 AZN

- Bərdə-Ağdam-Bərdə 5 AZN

- Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN

Əhmədbəyli-Şuşa istiqamətində həftədə 4, digər marşrutlar üzrə 2 dəfə təşkil olunacaq.

Artıq bununla bağlı sınaq təşkil edilib. İri tutumlu avtobuslar olacaq. Şuşa istiqamətində isə xüsusi əyləc tipi olan avtobuslar seçilib. 

Qalib şirkət seçilib və müqavilə bağlanıb.




Baxış sayı: 893



OXŞAR XƏBƏRLƏR