QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jan 2022, 19:06
Ötən il qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlanıb

Ötən il qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox - 3 ton 45 kiloqram narkotik vasitə çıxarılıb.

Qalanews xəbər verir ki, bunu daxili işlər naziri Vilayət Eyvazov daxili işlər orqanlarının 2021-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyib.

Nazir bildirib ki, 174 tondan artıq narkotik xassəli bitkilər aşkarlanaraq məhv edilib.

V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Bu bəlaya qarşı mübarizədə hər kəsin ümumi işə real köməkliyinin vacibliyini, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirilidiyini xüsusi vurğulayıb və bu növ cinayətlərin açılmasında da fəal vətəndaşlıq mövqeyi sərgiləyən şəxslərə təşəkkür edib.




Baxış sayı: 269



OXŞAR XƏBƏRLƏR