QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jan 2022, 16:30
Fuad Sadıqov: “Ölkədə aqrar siğortanın əhatə dairəsi kəskin artıb”

Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiq edildiyi ilk il olan 2021-ci ildə siğorta haqqları 5,3 dəfə artıb.

Qalanews xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov deyib.

Onun sözlərinə görə, bitkiçilik sahəsi üzrə 2020-ci ildə (bu mexanizmin tətbiqinədək) təqribən 100 hektar ərazi siğortalanmışdı və 6-7 min manat siğorta haqqı toplanmışdı, 2021-ci ildə isə 350 min hektar ərazi siğortalanıb, artıq siğorta haqqları yalnız bitkiçilik məhsulları üzrə 6 milyon manatı keçib.

F.Sadıqov bildirib ki, 2021-ci ildə 2020-ci illə müqayisədə heyvandarlıq sahəsi üzrə aqrar siğorta sahəsində kifayət qədər dəyişikliklər var: “Belə ki, 2021-ci ildə 2020-ci illə müqayisədə heyvandarlıq sahəsində siğorta haqqlarında 3,1 dəfə artım müşahidə edilib. Bu, deməkdir ki, aqrar siğorta bazarı iki qat artım tempi nümayiş etdirir”.

O xatırladıb ki, 2021-ci il aqrar sahə üzrə məhsulların siğortalanmasında ilk il olub: “Bu, tam deməyə əsas var ki, aqrar siğorta sistemi işləyir və effektivdir. Aqrar siğortaya maraq böyükdür və faydalıdır. Bu günə qədər aqrar siğorta üzrə əlçatanlıq kifayət qədər yüksək deyildi. Bu sahədə siğorta şirkətləri xidmət göstərmirdilər. Çünki zərərli hesab edirdilər. Fermerlərimiz isə təhlükəsizlik investisiyası edib, qazanclarını qorumaq istəyirdilər. Əlbəttə ki, onlar üçün aqrar siğortanın olmaması çətinlik yaradırdı. İlk ilimiz onunla yadda qaldı ki, biz 14 bitkinin siğortalanması ilə başladıq, daha sonra siğortalanan bitkilərin sayını 41-ə çatdırdıq. Bu Azərbaycanda əkilən 1 milyon 900 min hektar ərazinin 95 %-ini əhatə etmək deməkdir. Bitkiçilik üzrə 4 milyard manatlıq istehsalımız varsa, siğorta 96 %-ini əhatə edir. Azərbaycanda bu günə qədər fermerlər üçün bu xidmətlər yox idi. Ölkənin əkin ərazilərinin 95 %-i, istehsalın 96 %-i , fermerlərimizin isə 97 %-i artıq siğorta xidməti ala bilərlər”.

F.Sadıqov əlavə edib ki, siğortalamaq istəyən şəxslərə qarşı bir sıra tələblər irəli sürülür: “Məsələn heyvandarlıq sahəsi üzrə tələblərdən ən başlıcası heyvanın Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməsidir, yəni birkalanmasıdır, bu həm yerli cins heyvanlara, həm də xaricdən gələn heyvanlara şamil edilir. Fermerin özü də Elektron Kənd Təsərrüfatı Sistemindən qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçibsə, dövlət dəstəkli siğorta xidməti əldə edə bilər. Bunun üçün Aqrar Siğorta Fonduna müraciət etmək lazımdır. Bu günə qədər 600-700 min manata yaxın siğorta hadisələri baş veirb”.

Qeyd edək ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb.




Baxış sayı: 271



OXŞAR XƏBƏRLƏR