QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jan 2022, 16:03
Dünya çempionu: "İlin idmançısı seçilməməyimə təəssüflənmirəm"

Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında sorğusunda 2021-ci ilin ən yaxşı idmançısı seçilməməsinə münasibət bildirib.

34 yaşlı idmançı karateçi İrina Zaretskanın bu nominasiyada qalib olmasını idman mediasının haqlı qərarı kimi dəyərləndirib. 82 kq çəkidə dünya çempionu özünün də belə bir seçimlə razılaşdığını vurğulayıb: "Dostlarla, idmançılarla bu fikri artıq neçə vaxtdır müzakirə edirik. Fikrimcə, İrinanın seçilməsi düzgün idi. Çünki o, il ərzində Avropa və dünya çempionu olmaqla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarında məndən yüksək nəticə göstərib. Mənim seçilməməyimə səbəb odur ki, Avropa çempionatına qatılmamışam və eyni zamanda olimpiadada üçüncü yeri tutmuşam. İrina isə gümüş medala sahib çıxıb. Bu baxımdan haqlı seçimdir".

İlin idmançısı seçilməməsinə təəssüflənmədiyini deyən Hüseynov, əksinə, Azərbaycanda idmançılar arasında böyük rəqabətin olmasından məmnunluq ifadə edib.

Qeyd edək ki, İlin İdmançısı nominasiyasında İrina Zaretska 20 səslə bütün rəqiblərini qabaqlayıb. Yunan-Roma güləşçisi Rafiq Hüseynov 15 xalla ikinci olub. Para-atlet Lamiyə Vəliyeva 6, sərbəst güləşçi Hacı Əliyev 5, cüdoçu İrina Kindzerska 4, boksçu Alfonso Dominges 2, qadın güləşçi Mariya Stadnik isə 1 səs toplayıb.



report




Baxış sayı: 296



OXŞAR XƏBƏRLƏR