QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jan 2022, 14:51
Fərid Şəfiyev: "Ermənistan XİN Nikol Paşinyanın göstərişlərinə tabe olmur"

“Ermənistanın müvafiq dövlət qurumları, xüsusən də, xarici işlər və müdafiə nazirlikləri Baş nazir Nikol Paşinyanın tezislərinə, göstərişlərinə artıq tam tabe olmurlar”.

Qalanews xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanda sülh əleyhinə olan müəyyən qüvvələr münaqişəni yenidən gündəmə gətirmək və vəziyyəti gərginləşdirməyə çalışırlar: “İnanmıram ki, Ermənistanın vəziyyətə təsir etməsi üçün potensialı var. Ermənistan hökuməti son iki ayda müəyyən dərəcədə müsbət addımlar atıb.”

F.Şəfiyev qeyd edib ki, Azərbaycan Ermənistanın təxribatlarına cavab verməyə qadirdir: “Sərhəddə baş verən son hadisələr göstərdi ki, Azərbaycan Ordusu tutarlı cavab verməyə hazırdır”.




Baxış sayı: 263



OXŞAR XƏBƏRLƏR