QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 18 Jan 2022, 14:21
Rəşid Mahmudov: “Bu yağlar cinsi zəiflik yaradır, gənclər ona görə evlənmir”

Azərbaycan cəmiyyətində gündəmdən düşməyən mövzulardan biri də evlilikdir. Yaşlı nəsil gənc nəslin evlənmək istəmədiyini deyir.

Bunu müxtəlif səbəblərdən qaynaqlandığı bildirilir. Bəziləri düşünür ki, gənclərin evlənməməsinin psixoloji səbəbi  onların "azadlıq"larını itirməmək istəyidir. Qeyd olunur ki, qadınlar isə məsuliyyətdən yaxasını kənara çəkmək və ev işləri görməmək üçün istəmir.

Sadalanan səbəblər arasında evli şəxslərin ailə qurmaq niyyəti olan gəncləri həvəsdən salması da var.

Qalanews bildirir ki, tibb elmləri namizədi Rəşid Mahmudov mövzu ilə bağlı ölkə.az-a danışarkən söyləyib ki, gənclərin evlənmək istəməməsinin səbəbi palma yağı ilə bağlıdır:

"Gənclərin çoxunda zəiflik var. Səbəb ondan ibarətdir ki, bizim qidamızda palma yağı var. Azərbaycana ildə 50 tondan çox palma yağı gətirilir. Dünyada isə palma yağı qida kimi qəbul olunmur. Bu da həm qadınların, həm də kişilərin cinsi vəziyyətinə mənfi təsir göstərir. 

Sevgi, məhəbbət orqanizmdə cinsiyyət hormonlarının üsyanıdır, həddindən artıq çox ifrazıdır. Sevəndə insanın gözü heç ana-atasını da görmür və istədiyini gedib alır. Bunların hamısının səbəbini qidada görmək lazımdır. Qidamızı düzəltsək, yediyimiz makarona, vermişelə, hətta uşaq qidası olan qatılaşdırılmış südə də palma yağından qatırlar. Nəticədə bu da bədənin cinsi hormonların ifrazını azaldır və tənbəllik yaradır. Hormonlar çoxalarsa, adamlar sevəcək və vaxtında evlənəcək".




Baxış sayı: 1118



OXŞAR XƏBƏRLƏR