QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Jan 2022, 18:01
“Credit Suisse”in rəhbəri istefa verib

İsveçrənin “Credit Suisse” bankının İdarə Heyətinin sədri Antonio Horta-Osorio vəzifəsindən istefa verib.

Qalanews bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, o, bu addımı ona qarşı səfər və şəxsi xərcləri ilə bağlı başladılan daxili araşdırmadan sonra atıb.

“Şəxsi hərəkətlərimin bank üçün çətinliklər yaratdığına görə təəssüflənirəm”, - deyən Horta-Osorio, bankın maraqlarını və səhmdarlarını qorumaq üçün istefa vermək qərarına gəldiyini bildirib.

Onun yerinə “Credit Suisse”in İdarə Heyətinin üzvü Aksel Lemann gətirilib.

Qeyd edək ki, Antonio Horta-Osorio ötən ilin aprel ayında bu vəzifəyə gətirilmişdi. O, bankın tarixində ilk İsveçrəli olmayan sədr olub.




Baxış sayı: 278



OXŞAR XƏBƏRLƏR