QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Jan 2022, 15:40
Çinin Mərkəzi Bankı faiz dərəcəsini aşağı salıb

Çinin Mərkəzi Bankı ölkənin maliyyə təsisatları üçün birillik, ortamüddətli kreditlərin faiz dərəcəsini 10 bənd azaldaraq, 2,85% səviyyəsində saxlayıb. Bu, sözügedən kredit mexanizmi üçün faiz dərəcəsinin 2020-ci ilin aprel ayından sonra ilk azaldılmasıdır.

Qalanews xarici mətbuata istinadən xəbər verir ki, 7 illik repo üzrə faiz dərəcəsi də 10 bənd aşağı salınıb və 2,1% səviyyəsində saxlanılıb.

Bundan başqa, Çinin Dövlət Statistika Bürosu ölkənin 2021-ci il üçün iqtisadi göstəricilərini açıqlayıb. Göstəricilərə əsasən, Çinin illik ÜDM-i 8,1% artıb.

Hazırda Çin iqtisadiyyatının 3 qat təzyiq altında olduğu bildirilir. Buna tələbin azalması, təkliflə bağlı fasilələr və gözləntilərin zəifləməsi səbəb olub.




Baxış sayı: 264



OXŞAR XƏBƏRLƏR