QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 17 Jan 2022, 10:15
"Ronaldo kimi qol vuran hücumçumuz yoxdur"

"Yuventus"un müdafiəçisi Matteys De Liqt bu mövsümün əvvəlində hücumçu Kriştiano Ronaldonun "Mançester Siti"yə keçməsi ilə bağlı fikirlərini bölüşüb.

Qalanews qol.az-a istinadən xəbər verir ki, o deyib: "Kriştiano Ronaldo həmişə qol vururdu, mövsümün əvvəlində onun üçün darıxırdıq. Amma indi biz Makkenni və Dibala kimi qol vura biləcək başqa oyunçular tapırıq. Artıq Kriştiano kimi bir mövsümdə 30 qol vuran hücumçumuz yoxdur.

İndi "Yuventus" yalnız komandanın böyüməsi haqqında düşünməlidir, biz bunu yavaş-yavaş edirik. Nəticələr var, amma biz daha da inkişaf etməliyik, çünki komanda çox gəncdir".




Baxış sayı: 240



OXŞAR XƏBƏRLƏR