Namaz vaxtları
Kateqoriyalar
“NATO Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir”.
Qalanews “Aysor”a istinadən xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviter səhifəsində yazıb.
“NATO regionda sabitliyin yaranmasına yardım edəcək Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Biz rəsmi Ankara və İrəvanı bu istiqamətdə səyləri artırmağa çağırırıq”, - o bildirib.
Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıc ilə Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.
Aktual Xəbər
Ermənistan Baş nazirinin müavini: "Sərhədlərin delimitasiyası üzrə ilk görüş konstruktiv keçdi"
SİYASƏT
Çin lideri: "Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verirəm"
117
26 May, 2022 22:13