QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Jan 2022, 12:51
Evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb

Yaşadığı evdə qumar oyunları təşkil edən Lənkəran sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Bəhruz Xudiyevin yaşadığı evdə qumar oyunları təşkil etməsi müəyyən olunub.

Keçirilən baxış zamanı oradan qumar oyunlarına qoyulan pul vəsaiti, oyun kartları aşkarlanaraq götürülüb. Həmçinin həmin ünvanda qanunsuz qumar oynayan 7 nəfər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.




Baxış sayı: 301



OXŞAR XƏBƏRLƏR