QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 15 Jan 2022, 11:18
Dünyada koronavirusa yoluxanların sayı 323 milyonu keçib

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 323 272 813 nəfərə çatıb.

Qalanews xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 529 154 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 64 876 149 nəfərə çatıb, 849 242 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 36 850 962 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 485 780 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 22 927 203 nəfər virusa yoluxub, onlardan 620 847 nəfəri ölüb.

Dünya üzrə ölümlülük əmsalı 1 milyon nəfərə 711,7 nəfər təşkil edir.




Baxış sayı: 270



OXŞAR XƏBƏRLƏR