QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 21:14
KİV: "Suriya narkodövlətə çevrilib"

“Bəşşar Əsəd rejimi Suriyanı qanunsuz narkotik maddə istehsal edib satan narkodövlətə çevirib”.

Qalanews xəbər verir ki, bu barədə ABŞ-ın “New York Times” qəzetinin dərc etdiyi məqalədə bildirilib.

Məlumata görə, son illər Yunanıstan, İtaliya, Səudiyyə Ərəbistanı kimi ölkələrdə ələ keçirilən dəyəri 1 milyard dollardan çox olan narkotik tərkibli dərmanların böyük bir qisminin Suriyada istehsal olunduğu müəyyən edilib.

Suriyadakı vətəndaş müharibəsinin 10 ili arxada qalıb. Bəşşar Əsəd rejimi narkotik maddələrin qaçaqmalçılıq yolu ilə Səudiyyə Ərəbistanı başda olmaqla ərəb dövlətlərinə ixrac edir.

Yazıya əsasən, bu qanunsuz fəaliyyətə Bəşşar Əsədin kiçik qardaşı Mahir Əsəd başçılıq edir. Qaçaqmalçılıq Suriya Silahlı Qüvvələri 4-cü zirehli alayı tərəfindən gerçəkləşdirilir.




Baxış sayı: 282



OXŞAR XƏBƏRLƏR