QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 19:51
SON DƏQİQƏ: Rusiya Müdafiə Nazirliyi hələ də, Azərbaycana təhvil verilməyən Ağdərə rayonu ilə bağlı məlumat yaydı


Rusiya sülhməramlı kontingentinin hərbçiləri keçmiş Ağdərə rayonu ərazilərinin minalardan təmizlənməsi üzrə işlərə başlayıblar.

Qalanews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, hər gün keçmiş Ağdərə rayonundakı təmas xətti yaxınlığında Rusiya sülhməramlıları partlamamış hərbi sursatların, mərmilərin, güllələrin və minaların axtarışı üzrə iş aparır:

“Bu gün 1,5 hektar ərazi təmizlənib, ümumilikdə 400 hektar ərazi planlaşdırılıb, iş zamanı 2 partlayıcı obyekt aşkar edilib”.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis dəstələri tərəfindən 2 322,1 hektar ərazi, 683 km yol, 1 937 tikili partlamamış hərbi sursatdan təmizlənib, 26 078 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.




Baxış sayı: 10016



OXŞAR XƏBƏRLƏR