QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 19:01
​​​​​​​“Fitch”: "MDB banklarının 2022-ci il üzrə sektor proqnozu neytraldır"

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin "MDB+" regionundakı banklarının 2022-ci il üzrə sektor proqnozu neytraldır.

Qalanews xəbər verir ki, bu barədə reytinq agentliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, koronavirus pandemiyasının təzyiqinin azalması, yaxşı iqtisadi artım templəri və davamlı kredit genişlənməsini dəstəkləyən bankların məqbul kapital buferləri səbəbi ilə biznes şərtləri regiondakı (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Rusiya, Ukrayna və Özbəkistan) kredit təşkilatları üçün dəstəkləyici olaraq qalacaq:

“Biz gələn il bankların aktiv keyfiyyəti, gəlirliliyi və ödəmə qabiliyyəti göstəricilərində ümumilikdə sabit meyllər gözləyirik”.

“Fitch” hesab edir ki, maliyyə sabitliyin yaxşı göstəriciləri, kreditləşmənin bərpası və mənfəətliyin pandemiyadan əvvəlki səviyyələrə qayıtması ilə regionun bank sektoru ötən ilki çətinliklərdən xeyli dərəcədə bərpa olunub.

Tənəzzülün aktivlərin keyfiyyətinə təsiri, ümumi stabil makro mühit nəticəsində gözlədiyimizdən daha az şiddətli olub.

Bankların dəyərsizləşmədən əvvəlki mənfəəti və böyük kapital buferləri, kreditlərin dəyərsizləşməsi xərclərində yalnız mülayim artımı absorb edib, məlumatda deyilir.

Qeyd edək ki, bu il "Fitch" regionda bankların reytinqləri ilə bağlı mənfi proqnozların əksəriyyətini sabit olaraq dəyişdirib. Qalan bir neçə mənfi proqnoz Belarusda (mənfi suveren proqnoza görə) və Ermənistanda (2020-ci il böhranından qalan kredit risklərinə görə) cəmlənib.




Baxış sayı: 263



OXŞAR XƏBƏRLƏR