QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 18:53
Hindistan Rusiyadan böyük həcmdə silah alacaq: Hindistan Pakistana qarşı sürətlə silahlanır


Hindistan Rusiya ilə hərbi əməkdaşlıq haqqında bir sıra sazişlər və digər sənədlər imzalayıb.

Qalanews xəbər verir ki, bu barədə Twitter-dəki hesabında Hindistanın müdafiə naziri Rəcnət Sinqx rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşdən sonra məlumat verib.

«Sevinirəm ki, atıcı silahlarla və hərbi əməkdaşlıqla bağlı bir sıra müqavilə və protokollar imzalanıb», - deyə Sinqx yazıb.

Hindistan Müdafiə İdarəsinin rəhbəri müdafiə əməkdaşlığı məsələləri üzrə keçirilən danışıqları da «məhsuldar, məzmunlu və səmərəli» kimi qiymətləndirib.

Sinqx Hindistanın Rusiya ilə xüsusi və imtiyazlı strateji tərəfdaşlığını qiymətləndirdiyini vurğulayıb.

Bazar ertəsi Rusiyanın müdafiə naziri general Sergey Şoyqu Nyu-Dehlidəki Suşma Svarac sarayında Hindistanın müdafiə naziri Rəcnət Sinqx ilə görüşüb.

İkitərəfli görüşdən əlavə, iki ölkənin müdafiə nazirləri Rusiya və Hindistan xarici işlər nazirləri Sergey Lavrov və Subramanyam Cəyşənkərlə birlikdə «2 + 2» görüşündə iştirak edəcəklər.

Rusiya Xarici İşlər Nazirliyi qeyd etdiyi kimi, iki ölkənin xarici siyasət və müdafiə idarələrinin rəhbərləri əsas regional əməkdaşlıq, o cümlədən Asiya-Sakit okean regionu və Mərkəzi Asiyadakı vəziyyəti, Əfqanıstan və Suriyadakı nizamlamanı, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının idarəsində və Rusiya-Hindistan-Çin formatında əməkdaşlığı müzakirə edəcəklər. 

Hərbi ekspertlər hesab edir ki, Hindistan Pakistana qarşı sürətlə silahlanır.Rusiya ilə hərbi əməkdaşlığın əsas məqsədi də, budur.




Baxış sayı: 656



OXŞAR XƏBƏRLƏR