QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 19:03
Bakıda əl işləri sərgisi keçirilib

Paytaxtın “Passage 1901” restoranında sayca 35-ci “Bakı görüşləri” əl işlərinin satış sərgisi keçirilib.

Qalanews xəbər verir ki, ikiillik fasilədən sonra keçirilən sərgidə müxtəlif ixtisaslı 115 rəssam iştirak edib.

Tədbirin təşkilatçısı Ella Bağırova deyib ki, bu dəfə onkologiya xəstəsi azyaşlı Məhəmməd Üzeyirliyə yardım məqsədi daşıyan “Güc birlikdədir” xeyriyyə aksiyası çərçivəsində keçirilən sərgidə keramika və şüşə üzərində rəngkarlıq, ağac oyması işləri, sabun, şam məmulatları və s. təqdim olunub.

Tədbir çərçivəsində həmçinin uşaqlar üçün ebru üslüblü rəsm və dulusçuluq üzrə ustad dərsləri aparılıb.

Konsert proqramı ilə müşaiyət olunan sərginin sonunda lotereya oynanılıb.




Baxış sayı: 283



OXŞAR XƏBƏRLƏR