QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 15:55
Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçirilib

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 6-da Milli Təhlükəsizlik Şurasının toplantısını keçirib.

Qalanews “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Şuranın gündəliyi barədə məlumat verilməyib. İclasda qurumun üzvləri ilə yanaşı, parlamentin sədri Alen Simonyan, Baş nazir administrasiyasının rəhbəri Araik Arutyunyan, parlament sədrinin müavini Ruben Rubenyan, hakim “Vətəndaş razılaşması” parlament fraksiyasının rəhbəri Ayk Koncoryan, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Eduard Ağacanyan, habelə parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan da iştirak edib.




Baxış sayı: 282



OXŞAR XƏBƏRLƏR