QALA NEWS

24 Aprel Çərşənbə

Bakı 14˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 18:01
"Bazel"in baş məşqçisi: "Bizi "Qarabağ"la finala bərabər oyun gözləyir"

"Əks-hücumlara axmaqcasına çıxırdıq. Buna baxmayaraq, penalti qazandıq. Amma istifadə edə bilmədik. Bəzi epizodlarda oyunçularım məsuliyyəti öz üzərinə götürməliydi. Biz isə meydanda intihar etməyi seçdik".

Qalanews bu fikirləri "Bazel"in baş məşqçisi Patrik Rahmen evdə "Lozanna" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri İsveçrə Super Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.

Komandasının çıxışından narazı qalan 52 yaşlı mütəxəssis bu görüşü unutmalı olduqlarını bildirib: "Çünki cümə axşamı günü UEFA Konfrans Liqasında vacib oyuna çıxacağıq. Bizi "Qarabağ"la finala bərabər matçı gözləyir".

Qeyd edək ki, "Qarabağ" dekabrın 9-da keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Ağdam təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.




Baxış sayı: 258



OXŞAR XƏBƏRLƏR