QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 17:12
FIFA prezidenti: "Dörd il dünya çempionatları üçün uzun müddətdir"

"Bizim indi dünya çempionatı adlandırdığımız turnir tarixən digərlərindən daha güclü olan bir qrup komandanın mübarizəsidir. İştirakçı sayının artması bunu bir qədər dəyişəcək. Lakin 4 il çox uzun gözləmə müddətidir".

Bu fikirləri FIFA prezidenti Canni İnfantino dünya çempionatının 2 ildən bir keçirilməsi ideyası ilə bağlı Sinqapurda "AFF Suzuki Cup" turnirinin açılış mərasimində deyib.

Funksioner bildirib ki, mundiallar arasındakı vaxtı qısaltmaqla qeyri-futbol ölkələrinin irəliləyişinə nail olacaqlar: "Məsələn, Sinqapurun arzusu dünyanın ən yaxşı komandaları ilə oynamaq şansı qazanmaqdır. Beynəlxalq pəncərələrin sayını artırmaq lazım deyil, onları düzgün strukturlaşdırmaq və daha uzunmüddətli etmək kifayətdir".

Qeyd edək ki, hazırda dünya çempionatı 4 ildən bir keçirilir. Növbəti mundial 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək Qətərdə olacaq.




Baxış sayı: 265



OXŞAR XƏBƏRLƏR