QALA NEWS

20 Aprel Şənbə

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 15:35
"Beşiktaş" "Borussiya" ilə oyundan əvvəl daha bir ciddi itki ilə üzləşib

Türkiyənin "Beşiktaş" komandası Almaniyada Dortmund "Borussiya"sına qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununa ciddi itki ilə çıxacaq.

Qalanews İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Miralem Pyaniç qarşılaşmanı buraxmalı olacaq.

31 yaşlı oyunçuya tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub və onun müalicəsinə başlanılıb. Daha əvvəl Kevin N Kudunun 3 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, dekabrın 7-də oynanılacaq "Borussiya" - "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.




Baxış sayı: 254



OXŞAR XƏBƏRLƏR