QALA NEWS

23 Aprel Çərşənbə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 14:35
Avro əskinasları üzərində məşhurların təsviri olacaq

Məşhur şəxsiyyətlərin və ya abidələrin təsviri olduğu avro əskinasları yaxın illərdə buraxıla bilər.

Qalanews xarici KİV-ə istinadən xəbər verir ki, bu məsələ avronun 2022-ci ilin 1 yanvar tarixində qeyd ediləcək 20 illiyi münasibətilə Avropa Mərkəzi Bankında (ECB) müzakirə olunur. Yaxın günlərdə sözügedən təşəbbüs rəsmi şəkildə irəli sürüləcək. Təşəbbüsün qəbul ediləcəyi halda ECB Avropa İttifaqı üzv ölkələrinin təkliflərini dəyərləndirəcək.

Qeyd edək ki, hazırda tədavüldə olan avro əskinasları üzərindəki şəkillər ümumi xarakter daşıyaraq konkret tikili və binaları əks etdirmir. 2013-ci ildə ECB qədim yunan əsatirinin qəhrəmanı Avropanın təsviri olduğu “Avropa” adlı silsilə buraxıb.




Baxış sayı: 248



OXŞAR XƏBƏRLƏR