QALA NEWS

25 Aprel Cümə axşamı

Bakı 19˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 13:43
İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı 15-ə çatıb

İndoneziyanın Yava adasındakı Semeru vulkanının noyabrın 4-də püskürməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Qalanews Milli Fəlakətlərlə Mübarizə Agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində həmçinin 27 nəfər itkin düşüb. Şərqi Yava əyalətində axtarış xilasetmə çalışmaları davam edir.

Yava adasının ən hündür zirvəsi (3676 m) və ölkənin 130 ən aktiv vulkanından olan Semeru vulkanın püskürməsi zamanı daha əvvəl 14 nəfərin öldüyü, 56 nəfərin də xəsarət aldığı bildirilmişdi.




Baxış sayı: 290



OXŞAR XƏBƏRLƏR