QALA NEWS

18 Aprel Cümə axşamı

Bakı 15˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 13:09
SON DƏQİQƏ: Çoxlu sayda PUA İran ərazisinə daxil oldu - S-300 raketləri onları vura bilmədi

Dünən gecə 5-dən çox pilotsuz təyyarə İran ərazisinə daxil olub.

Qalanews xəbər verir ki, İran mənbələri ötən gecə 5-dən çox pilotsuz təyyarənin İran ərazisinə daxil olduğunu təsdiqləyib. İranın “Bavar 373” raket kompleksi və Rusiyanın “S-300” raket kompleksi onların heç birini vura bilməyib. Daha sonra PUA-lar Natanz obyektinə yollanıb. İHA-lar obyektin üzərində 40 dəqiqə uçub. Pua-ların hansı ölkəyə məxsus olması dəqiq olmasa da, təxmin edilir. PUA-lara atəş açıldıqdan sonra raketlər obyektin yaxınlığındakı kəndlərə düşüb.

Hava Hücumundan Müdafiə Sistemləri tərəfindən atılan PUA-lar uzun mübarizələrdən sonra obyektin yaxınlığında düşüb. Hadisə zamanı İran ordusunun elektron döyüş sistemindən istifadə etməsi ətrafdakı şəbəkələrin dağılmasına səbəb olub. İranlı mənbələr Rusiyanı tənqid edərək, S-300 sistemlərinin bütün hissələrinin çatdırılmadığı üçün onun hava sahəsinə daxil olan İHA-ları vura bilmədiklərini bildirib.


//KONKRET.az




Baxış sayı: 9700



OXŞAR XƏBƏRLƏR