QALA NEWS

28 Mart Cümə axşamı

Bakı 8˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 06 Dec 2021, 10:02
Narla cavanlaşdırıcı maska

Nar çox faydalı meyvədir. Nar antioksidant maddələrlə zəngindir.

Bu maddələr orqanizmdə qocalma prosesləri ləngidir, orqanizmi cavanlaşdırır.

Nardan çox təsirli cavanlaşdırıcı maska hazırlamaq olar.

1 xörək qaşığı nar dənələri enli qabda qaşıqla əzin, alınmış şirəni ayrı qaba tökün. Nar dənələri 1 xörək qaşığı yulaf yarması ilə qəhvəüyüdən maşında xırdalayın. Daha sonra maskaya dənələrdən sıxılmış nar şirəsini və 1 xörək qaşığı xama əlavə edin və yaxşı qarışdırın. Maskanı təmiz dəriyə çəkin və 2-3 dəqiqə ərzində üzünüzü yüngül masaj edin. Daha sonra maskanı 10 dəqiqə ərzində saxlayın və sonra ilıq su ilə yuyun. Bu maska dərini tonuslaşdırır, cavanlaşdırır, ağardır, daha təravətli edir. Bu maskadan həftədə 2 dəfə istifadə edə bilərsiniz.




Baxış sayı: 258



OXŞAR XƏBƏRLƏR