az
ABŞ ordusu PKK və YPG terror təşkilatlarına dəstək verməkdə davam edir.
Qalanews bu barədə Haber7-ə istinadən xəbər verir.
Noyabrın 28-də İraqdakı PKK və YPG düşərgəsinə göndərilən 70 ABŞ əsgəri orada yerləşən terrorçulara hərbi təlim keçməyə başlayıb.Təlimlər zamanı terrorçulara ABŞ silahlarından istifadə etmək, taktiki fəaliyyət və s. kimi hərbi biliklər öyrədilir.
Uzun müddətdir terrorçulara silah sürsat və maddi yardım göndərən ABŞ-ın bu hərəkətini Avropa Birliyi, AŞPA, BMT və s. kimi beynəlxalq qurumlar yenə də görməzdən gəlib.
Kadrlarda görünən terrorçular isə təlimdəki sevinclərini ABŞ əsgərləri ilə paylaşaraq daha güclü olacaqlarını bildiriblər.
Xatırladaq ki, ABŞ hökuməti uzun müddətdir ki, İraqda yerləşən PKK və YPG terrorçularını yük maşınları ilə hərbi və humanitar yardımlar, silah-sürsat, hava hücumundan müdafiə vasitələri, minaatanlar, tank əleyhinə qurğular, daşına bilən toplar, gecəgörmə cihazları və s. göndərir.
Baxış sayı: 658