QALA NEWS

29 Mart Cümə

Bakı 7˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Dec 2021, 19:28
Belarusun sanksiyalardan itkiləri hesablanıb

Avropa İttifaqnın rəsmi Minskə qarşı sanksiyaları Belarusun ildə 250-300 milyon dollar dəyərində enerji və neft-kimya məhsulları ixracına təsir edir.

Qalanews xəbər verir ki, bu barədə Belarusun Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Krutoy bildirib.

Onun sözlərinə görə, Belarus müəssisələri üçün ilk növbədə Çin, Rusiya və Afrika qitəsinin bazarlarına istiqamətlənməsi bir nömrəli vəzifədir.

D. Krutoy vurğulayıb ki, gələn ildə ixrac prioritet olaraq qalacaq: “2022-ci ildə gözlənilən iqtisadi artımın 65%-nin ixrac tədarükünün artırılması hesabına əldə edilməsi planlaşdırılır. Belarus hakimiyyəti satış bazarlarını diversifikasiya etməyi və ixracın fiziki həcmini artırmağı gözləyir”.




Baxış sayı: 309



OXŞAR XƏBƏRLƏR