QALA NEWS

19 Aprel Cümə

Bakı 18˚

SİYASƏT
ÖLKƏ
SOSİAL
HADİSƏ
İDMAN
MƏDƏNİYYƏT
MARAQLI
MUSAHİBƏ
ŞOU-BİZNES
Covid-19
DÜNYADA
HƏRBİ
İQTİSADİYYAT




Fotoğraf: 05 Dec 2021, 23:57
"Qalatasaray"ın sabiq futbolçusu Braziliya klubundan ayrılıb

Braziliyanın "Palmeyras" klubu futbolçusu Felipe Melo ilə yollarını ayırıb.

Qalanews Sao Paulo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yanvarın 1-də başa çatacaq müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, 2011 - 2015-ci ildə Türkiyənin "Qalatasaray" klubunda 3 dəfə ölkə çempionu olmuş Felipe Melo 2016-cı ildən "Palmeyras"ın formasını geyinir. Təcrübəli oyunçu 2018-ci ildə Braziliya A Seriyasını, 2020 və 2021-ci illərdə Libertadores Kubokunu qazanıb.




Baxış sayı: 291



OXŞAR XƏBƏRLƏR